Azərbaycan bu il Türkiyədən 43 mln dollarlıq mebel və meşə məhsulları idxal edib

Biznes
  • 07 may, 2022
  • 09:44
Azərbaycan bu il Türkiyədən 43 mln dollarlıq mebel və meşə məhsulları idxal edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 43,419 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % azdır.

Təkcə bu ilin aprel ayında isə Türkiyə Azərbaycana 12,635 milyon ABŞ dollarlıq mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 0,004 % çoxdur.

Bu ilin ilk 4 ayında Türkiyənin ümumi mebel, kağız və meşə məhsulları ixracının dəyəri illik müqayisədə 29,4 % artaraq 2,711 milyard ABŞ dollarına, aprel ayında isə ixracının dəyəri 33,9 % artaraq 778,148 milyon ABŞ dollarına çatıb.

44 filmi