Azərbaycan bu il Türkiyədən 3 milyon dollarlıq xalça idxal edib

Biznes
  • 21 iyun, 2022
  • 10:11
Azərbaycan bu il Türkiyədən 3 milyon dollarlıq xalça idxal edib

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 2,899 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.

Təkcə bu ilin may ayında isə Türkiyə Azərbaycana 647 min ABŞ dollarlıq xalça ixrac edib ki, bu da, illik müqayisədə 66,2% çoxdur.

Bu ilin ilk 5 ayında Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 14,3 % azalaraq 1,130 milyard ABŞ dollarına, may ayında isə xalça ixracının dəyəri 35,5 % azalaraq 158 milyon ABŞ dollarına düşüb.