Azərbaycan bu il Tomskdan 5 tondan çox dondurma idxal edib

Biznes
  • 03 avqust, 2023
  • 09:01
Azərbaycan bu il Tomskdan 5 tondan çox dondurma idxal edib

Azərbaycan bu il Rusiyanın Tomsk vilayətindən 5,3 ton dondurma idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə bölgədən Monqolustana 4 364 ton buğda kəpəyi, 2 118 ton donuz əti, 71,3 ton quş əti və 18,6 ton dondurma, eləcədə Çinə 7 616 ton kolza, Vyetnama 52 ton, Honq-konqa 25 ton donuz əti ixrac edilib.

İxrac edilən məhsullar Avrasiya İqtisadi İttifaqı və idxalçı ölkələrin baytarlıq tələblərinə uyğun hazırlanır və akkreditə olunmuş laboratoriyalarda sınaqdan keçirilir.

44 filmi