Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Şərqi Anadolu bölgəsindən Naxçıvan MR-ə 122,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə Şərqi Anadolu İxracatçılar Birliyi məlumat yayıb.
Məlumata görə, 11 ay ərzində bölgənin şirkətləri ümumilikdə 1 845 milyon dollarlıq məhsul ixrac ediblər. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10 % çoxdur.
Hesabat dövründə Azərbaycanla yanaşı, İraqa (458,6 milyon dollarlıq), Almaniyaya (109,4 milyon dollarlıq), İrana (88,9 milyon dollarlıq) və Liviya (54,2 milyon dollarlıq) da məhsul satılıb.
11 aylıq ixracda 226,7 milyon dollarlıq məhsulla kimya sənayesi lider olub. Amma bu, illik müqayisədə 5,7 dəfə azdır.