Azərbaycan bu il Rusiyanın əsas şəbəkələrindən birinə ötənilki rəqəmin 96 %-i qədər qida məhsulları göndərib

Azərbaycan bu il Rusiyanın əsas şəbəkələrindən birinə ötənilki rəqəmin 96 %-i qədər qida məhsulları göndərib Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin ən böyük satış şəbəkələrindən biri sayılan "X5 Group"a bu ilin əvvəlindən Azərbaycandan 880,6 min ABŞ dolları dəyərində
Biznes
4 May , 2023 11:51
Azərbaycan bu il Rusiyanın əsas şəbəkələrindən birinə ötənilki rəqəmin 96 %-i qədər qida məhsulları göndərib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin ən böyük satış şəbəkələrindən biri sayılan "X5 Group"a bu ilin əvvəlindən Azərbaycandan 880,6 min ABŞ dolları dəyərində emal edilmiş qida məhsulları ixrac edilib.

Bu barədə "Report"a AZPROMO-dan bildirilib.

Halbuki 2022-ci ildə ixrac edilmiş məhsulların dəyəri 918,6 min ABŞ dolları təşkil edib.

"Azərbaycan şirkətlərinin öz məhsulları ilə Rusiya bazarında fəaliyyətlərinin genişlənməsi davam edir. Yerli şirkətlərin Rusiyanın aparıcı pərakəndə satış şəbəkəsindən biri olan "X5 Group" ilə bağladığı ixrac müqavilələrinin dəyəri ildən-ilə artır", - AZPROMO bildirir.

Qeyd edək ki, indiyədək şəbəkə ilə "AzNar", "TAC-Gülüstan", "Agro-Azerinvest", "Zira Brightman", "Berg Energy", "Azərsun Holdinq" və "Abşeron-Şərab" şirkətləri ilə mineral və qazlı sular, alkoqolsuz energetik içkilər, konservləşdirilmiş tərəvəzlər, meyvə şirələri, şərab və brendi ixracı üzrə müqavilələr imzalanıb. Sözügedən məhsullar şəbəkəyə aid 3 mindən çox mağazada təqdim olunur və indiyədək 865 min ədəddən çox yerli mal Rusiya istehlakçıları tərəfindən alınıb.

Xatırladaq ki, AZPROMO tərəfindən ixracın təşviqi istiqamətində görülən tədbirlər çərçivəsində 2022-ci ilin may ayında Azərbaycan şirkətləri öz məhsullarını Bakıda "X5 Group"un işçi heyəti üçün təşkil olunan qida sənayesi sərgisində nümayiş ediblər.

Son xəbərlər

Orphus sistemi