Azərbaycan bu il Permdən 11 min kubmetr taxta idxal edib

Biznes
  • 30 yanvar, 2023
  • 11:31
Azərbaycan bu il Permdən 11 min kubmetr taxta idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Perm diyarı üzrə idarəsi yanvarın 26-da bölgədən Azərbaycana ixrac edilmiş 360 kubmetr mişarlanmış taxtaya nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, laboratoriya müayinəsində ağac məmulatlarında zərərli orqanizmlərin olmadığı təsdiqlənib və 3 fitosanitar sertifikat verilib.

Bu ilin əvvəlindən isə Azərbaycana Permdən 11 400 kubmetr taxta məmulatı idxal edilib ki, bununla bağlı 104 fitosanitar sertifikat verilib.

44 - Tezliklə