Azərbaycan bu il Gürcüstanın əsas dəmir və polad tədarükçülərindən olub
- 26 sentyabr, 2023
- 08:10
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 26,52 milyon ABŞ dolları dəyərində dəmir və polad idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 23 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana dəmir və polad tədarük edən ölkələr (37) sırasında 5-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 236 milyon ABŞ dolları dəyərində dəmir və polad alıb ki, bu da bir il əvvəlki göstəricidən 13 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 60,5 milyon ABŞ dolları dəyərində, İrandan 51,2 milyon ABŞ dolları dəyərində, Çindən 40,7 milyon ABŞ dolları dəyərində, Türkiyədən 37 milyon ABŞ dolları dəyərində dəmir və polad idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 429 milyon ABŞ dolları dəyərində dəmir və polad alıb ki, bunun da 51,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.