Azərbaycan Braziliyadan şirin kartof tədarük etməyə başlayıb
- 18 mart, 2024
- 07:16
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 23,5 min ABŞ dolları dəyərində 16,69 ton şirin kartof və ya batat idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 12,9 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 99 % çoxdur) 9,2 ton (+97 %), Misirdən 9,9 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 7 ton (+3,3 dəfə), Braziliyadan 0,4 min ABŞ dolları dəyərində 0,3 ton və Niderlanddan 0,25 min ABŞ dolları dəyərində 0,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliyadan tədarük həyata keçirilib.
Azərbaycan 2022-ci ildə 6,8 ton şirin kartof alıb ki, bunun da 4,7 tonu ABŞ-nin, qalan hissəsi Misirin payına düşüb.