Azərbaycan Böyük Britaniyadan qaz sayğacı idxalını bərpa edib
- 04 iyul, 2022
- 12:33
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən 4,6 milyon ABŞ dolları dəyərində 115 min 657 ədəd qaz sayğacı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 60,6 %, kəmiyyət olaraq – 63,4 % azdır.
Hesabat dövründə Çindən 4,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,6 dəfə azalıb) 112 min 560 ədəd (-2,7 dəfə), Türkiyədən 118 min ABŞ dolları dəyərində (-3,6 dəfə) 2 min 792 ədəd (-5,5 dəfə), Niderlanddan 52 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 46 ədəd (+70,4 %), Almaniyadan 43 min ABŞ dolları dəyərində (+48,3 %) 148 ədəd (+4 dəfə), Polşadan 41 min ABŞ dolları dəyərində 65 ədəd (bir il əvvəl tədarük olmayıb), Slovakiyadan 16 min ABŞ dolları dəyərində (-2,3 dəfə) 45 ədəd (-8,2 %), Böyük Britaniyadan 4 min ABŞ dolları dəyərində 1 ədəd cihaz gətirilib.
Bir il 8 ayın tamamında Azərbaycan Böyük Britaniyadan qaz sayğaclarının tədarükünü bərpa edib.