Azərbaycan Böyük Britaniyadan papiros kağızı idxalını bərpa edib
- 01 dekabr, 2023
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilinyanvar-sentyabr aylarında Azərbaycan 7,4 milyon ABŞ dolları dəyərində 696 ton papiros kağızı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 23 % azdır.
Hesabat dövründə Azərbaycan Avstriyadan 4,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çoxdur) 344 ton (-23 %), Fransadan 906 min ABŞ dolları dəyərində (+39 %) 76 ton (+25 %), Bolqarıstandan 818 min ABŞ dolları dəyərində (-30 %) 84 ton (-40 %), Almaniyadan 675 min ABŞ dolları dəyərində (-8 %) 85,4 ton (+23 %), İspaniyadan 328 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 31,6 ton (+3,2 dəfə) məhsul alıb.
Azərbaycan 1 il 5 aylıq fasilənin ardından Böyük Britaniyadan (32 min ABŞ dolları dəyərində 2 ton) tədarükü bərpa edib.