Azərbaycan Böyük Britaniyadan elektrik sayğaclarının idxalını bərpa edib

Biznes
  • 28 noyabr, 2024
  • 07:55
Azərbaycan Böyük Britaniyadan elektrik sayğaclarının idxalını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6,57 milyon ABŞ dolları dəyərində 227 min 595 ədəd elektrik enerjisi sayğacı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 21,3 %, kəmiyyət olaraq – 20 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 4,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % azdır) 100 min 847 ədəd (-7 %), Türkiyədən 1,87 milyon ABŞ dolları dəyərində (+8 %) 126 min 560 ədəd (-28 %), İtaliyadan 10,5 min ABŞ dolları dəyərində (-79 %) 76 ədəd (-67 %), Amerika Birləşmiş Ştatlarında 5,5 min ABŞ dolları dəyərində (-49 %) 2 ədəd (-87 %), Kanadadan 3,7 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) cihaz alıb.

Azərbaycan 2 il 10 aylıq fasilənin ardından Böyük Britaniyadan (1,8 min ABŞ dolları dəyərində 2 ədəd) tədarükü bərpa edib.