Azərbaycan Böyük Britaniyadan dəftər alışını bərpa edib
- 11 yanvar, 2025
- 07:26
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,8 milyon ABŞ dolları dəyərində 1 997 ton dəftər (kağız və kartondan) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 % az, kəmiyyət olaraq – 0,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % çoxdur) 1 475 ton (+2,6 %), Rusiyadan 738 min ABŞ dolları dəyərində (-11 %) 413 ton (-1 %), Ukraynadan 133 min ABŞ dolları dəyərində (+99 %) 55 ton (+3 dəfə), Belarusdan 67 min ABŞ dolları dəyərində (-61 %) 41 ton (-59 %), Türkiyədən 43 min ABŞ dolları dəyərində (+72 %) 4 ton (-30 %) məhsul alıb.
Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Böyük Britaniyadan (4,4 min ABŞ dolları dəyərində 0,2 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 16 ölkədən idxal edilmiş 2 min 126 ton dəftərin 73,2 %-i Çinin payına düşüb.