Azərbaycan Böyük Britaniyadan çadır tədarükünü bərpa edib

Biznes
  • 22 mart, 2024
  • 07:46
Azərbaycan Böyük Britaniyadan çadır tədarükünü bərpa edib

Ötən il Azərbaycana xarici ölkələrdən 6 milyon ABŞ dolları dəyərində 702 ton çadır gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 3,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 595 dəfə çoxdur) 339 ton (+1 784 dəfə), Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 303 ton (+83 %), Çindən 287 min ABŞ dolları dəyərində (-20 %) 55,8 ton (-23 %), Böyük Britaniyadan 134,31 min ABŞ dolları dəyərində 1,35 ton, Hindistandan 9,47 min ABŞ dolları dəyərində 2,99 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 6 il 6 aylıq fasilənin ardından Böyük Britaniyadan tədarükü bərpa edib.