Azərbaycan Bolqarıstandan velosiped alışını 11 dəfə artırıb
- 12 oktyabr, 2024
- 09:15
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 4,61 milyon ABŞ dolları dəyərində 198 min 33 ədəd velosiped (ikitəkərli və digər növ, mühərriksiz) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 98,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 4,57 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çoxdur) 197 min 839 ədəd (+2 dəfə), Amerika Birləşmiş Ştatlarından 20,8 min ABŞ dolları dəyərində (+66 dəfə) 15 ədəd (+2,5 dəfə), Almaniyadan 6,2 min ABŞ dolları dəyərində (-85 %) 30 ədəd (-85 %), Hindistandan 3,7 min ABŞ dolları dəyərində (+3 dəfə) 9 ədəd (+12,5 %), Bolqarıstandan 2,34 min ABŞ dolları dəyərində (+8 dəfə) 75 ədəd (+11 dəfə) velosiped alıb.
2023-cü ildə Azərbaycana 23 ölkədən idxal edilmiş 282 min 677 ədəd velosipedin 98,88 %-i Çinin payına düşüb.