Azərbaycan Bolqarıstandan qum idxalını bərpa edib
- 10 fevral, 2025
- 11:37
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 5,4 milyon ABŞ dolları dəyərində 78 276 ton qum (silisumlu, kvarslı, digər növlərdən olan təbii qum) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15,7 %, kəmiyyət olaraq – 14,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 4,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 74 923 ton (+16 %), Türkiyədən 547 min ABŞ dolları dəyərində (-10 %) 1 831 ton (-15 %), Bolqarıstandan 237 min ABŞ dolları dəyərində 582 ton, İrandan 152 min ABŞ dolları dəyərində (-36 %) 870,5 ton (-45 %), Böyük Britaniyadan 52 min ABŞ dolları dəyərində (-39 %) 10 ton (-29 %) qum alıb.
Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Bolqarıstandan tədarükü bərpa edib.