Azərbaycan Bolqarıstandan PVC tədarük etməyə başlayıb
- 06 dekabr, 2023
- 06:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 20,5 milyon ABŞ dolları dəyərində 22 min 905 ton polivinilxlorid (PVC) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 % azdır, kəmiyyət olaraq – 50 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 9,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % azdır) 11 min 689 ton (+62 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 6,3 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 7 min ton (+6,6 dəfə), İrandan 3,5 milyon ABŞ dolları dəyərində (-29 %) 3 min 491 ton (-33 %), Türkiyədən 760 min ABŞ dolları dəyərində (-13 %) 563 ton (+31,3 %), Çindən 83,4 min ABŞ dolları dəyərində (-37 %) 61 ton (-55 %) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstandan (9 min ABŞ dolları dəyərində 3 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 23 min 851 ton polivinilxloridin 53 %-i Rusiyanın payına düşüb.