Azərbaycan "Boeing 737 MAX-8" təyyarələrini alınmasına dair danışıqları davam etdirir - ƏLAVƏ OLUNUB

Azərbaycan "Boeing 737 MAX-8" təyyarələrini alınmasına dair danışıqları davam etdirir - ƏLAVƏ OLUNUB İlk xəbər saat 12:32-də verilib
Biznes
3 İyun , 2019 17:08
Azərbaycan Boeing 737 MAX-8 təyyarələrini alınmasına dair danışıqları davam etdirir - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 12:32-də verilib

Azərbaycanın milli aviadaşıyıcısı "Boeing 737 MAX-8" təyyarələrini almaqdan imtina edib.

Bu barədə "Report"a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat xidmətindən məlumat verilib.

"Boeing" korporasiyasına "Boeing 737 MAX-8" tipli 10 sərnişin təyyarəsinin alışı üzrə müqavilənin pozulması barədə məlumat vermişik", - QSC-dən deyiblər.

AZAL-dan həmçinin bildiriblər ki, hazırda digər iri istehsalçılardan sərnişin təyyarələrinin alınmasının mümkünlüyünə dair danışıqlar aparılır.

Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" şirkəti və "Boeing" korporasiyası 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri, təxminən, 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi.

Xatırladaq ki, 2018-ci il oktybarın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Birinci halda "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737 MAX" uçuşdan 13 dəqiqə sonra İndoneziyada dənizə düşüb. Qəzada 189 nəfər ölüb. Sonuncu halda isə "Ethiopian Airlines! şirkətinə məxsus "Boeing 737 Max 8" təyyarəsi Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki "Bole" hava limanından Keniyanın paytaxtı Nayrobiyə uçuş həyata keçirərkən havaya qalxdıqdan altı dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə 149 sərnişin və 8 ekipaj üzvü ölüb. Bundan sonra qəzanın səbəbləri müəyyən edilənədək "Boeing 737 MAX 8" təyyarələrinin uçuşları dayandırılıb.

"Boeing" korporasiyasının prezidenti Dennis Myulenburq rəsmi olaraq etiraf edib ki, İndoneziya və Efiopiyada "Boeing-737 MAX" təyyarələrinin qəzaları proqram təminatının düzgün işləməməsinə görə baş verib.

***

AZAL bəyan edib ki, “Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair “Boeing” korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir. İmzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır. ⠀⠀

Müqavilə üzrə ilkin ödənişlər artıq olunub. Bu ödənişlər 2024-cü ildə “Boeing” Korporasiyası tərəfindən nəzərə alınacaq. 

Onu da qeyd edək ki, hal-hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün “Boeing” şirkəti ilə danışıqlar aparılır.  

Hələlik isə, AZAL mövcud təyyarə parkından aktiv istifadə edəcək. Şirkət dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” - təyyarələrindən istifadə edir. 

İlahə Məmmədli

Son xəbərlər

Orphus sistemi