Azərbaycan beynəlxalq İKT forumunda iştirak edib

Azərbaycan beynəlxalq İKT forumunda iştirak edib Qırğızıstanın paytaxtı Bişkekdə “StrategEast” Dövlət və İnformasiya Texnologiyaları Avrasiya Forumu keçirilib.
Biznes
26 Noyabr , 2021 11:22
Azərbaycan beynəlxalq İKT forumunda iştirak edib

Qırğızıstanın paytaxtı Bişkekdə “StrategEast” Dövlət və İnformasiya Texnologiyaları Avrasiya Forumu keçirilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, tədbirdə nazirlik yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktor vəzifəsini icra edən Tamerlan Tağıyev və Mərkəzin Rəqəmsal iqtisadiyyat şöbəsinin mütəxəssisi Gülminə Məlikzadə iştirak edib.

Forumun açılışında Qırğızıstanın baş naziri Akylpek Japarov, “StrategEast” təşkilatının prezidenti Anatoli Motkin, Qırğızıstanın rəqəmsal inkişaf naziri Dastan Dogoev, ABŞ-ın Bişkekdəki səfiri Sonata Coulter, Avropa İnkişaf və Yenidənqurma Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional rəhbəri Aytən Rüstəmova, EPAM Sistemləri şirkətinin prezidenti Arkadi Dobkin çıxış ediblər. AYİB-in sabiq prezidenti Suma Chakrabarti tədbirə onlayn qoşulub. Forum çərçivəsində “Mərkəzi Asiya Avrasiyanın rəqəmsal qovşağı kimi”, “Avrasiyada qlobal İT sənayesi”, “Yeni iqtisadiyyat üçün yeni vergiler”, “Ağıllı finteks həlləri”, “Startapların sürətləndirilməsi: Silikon Vadisinə marşrut” və s. mövzularda panel sessiyaları keçirilib, üzakirələr aparılıb.

Baş ofisi ABŞ-da yerləşən “StrategEast” təşkilatı Avrasiya ölkələrində biliyə əsaslanan iqtisadiyyatın inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Qurumun təşkilatçılığı ilə Avrasiya ölkələridə keçirilən “StrategEast” Dövlət və İnformasiya Texnologiyaları Avrasiya Forumu hökumətlər və İT sənayesinin liderləri arasında dialoq platforması rolunu oynayan illik tədbirdir.

Son xəbərlər

Orphus sistemi