Azərbaycan Belçikadan soya idxal etməyə başlayıb

Biznes
  • 29 mart, 2024
  • 12:49
Azərbaycan Belçikadan soya idxal etməyə başlayıb

2023-cü ildə Azərbaycan 8,35 milyon ABŞ dolları dəyərində 12 min 795 ton soya paxlası idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 70 %, kəmiyyət olaraq – 68 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynadan 4,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 74 % azdır) 7 min 223 ton (-73 %), Braziliyadan 3,6 milyon ABŞ dolları dəyərində (-60 %) 5 min 500 ton (-55 %), Türkiyədən 101,6 min ABŞ dolları dəyərində (-66 %) 45,2 ton (-72 %), Avstriyadan 71,8 min ABŞ dolları dəyərində (+3 dəfə) 23,9 ton (+2,2 dəfə), Belçikadan 3 min ABŞ dolları dəyərində 0,6 ton məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 40 min 287 ton soya paxlasının 65,2 %-i Ukraynanın payına düşüb.