Azərbaycan Belçikadan nərə balığı idxalını bərpa edib

Biznes
  • 23 oktyabr, 2024
  • 08:33
Azərbaycan Belçikadan nərə balığı idxalını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1,78 milyon ABŞ dolları dəyərində 1 min 29 ton nərə balığı (dondurulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 13 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 750 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % azdır) 710 ton (-16 %), Polşadan 416 min ABŞ dolları dəyərində (+3,4 %) 77 ton (-38 %), Estoniyadan 165 min ABŞ dolları dəyərində (+6,6 dəfə) 132 ton (+6,3 dəfə), İtaliyadan 156 min ABŞ dolları dəyərində (+2 %) 21 ton (+5 %), Çindən 124 min ABŞ dolları dəyərində (-31,2 %) 29 ton (-31 %) məhsul alıb.

Azərbaycan 9 il 2 aylıq fasilənin ardından Belçikadan (3,41 min ABŞ dolları dəyərində 0,2 ton) tədarükü bərpa edib.