Azərbaycan Belçikadan krevet idxalını bərpa edib
- 26 dekabr, 2023
- 13:43
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,9 milyon ABŞ dolları dəyərində 287 ton dəniz kreveti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 7 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 946 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 174 ton (+14,5 %), Hindistandan 584 min ABŞ dolları dəyərində (+12,3 %) 76 ton (+15,8 %), Vyetnamdan 195 min ABŞ dolları dəyərində (+57 %) 14,6 ton (+36 %), Lüksemburqdan 74,5 min ABŞ dolları dəyərində (-5 %) 4,5 ton (-2 %), Rusiyadan 35 min ABŞ dolları dəyərində (-69 %) 8,6 ton (-48 %) krevet alıb.
Azərbaycan 5 il 7 aylıq fasilənin ardından Belçikadan (22,2 min ABŞ dolları dəyərində 1,8 ton) krevet tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 325 ton krevetin 46,8 %-i Çinin, 21,5 %-i Hindistanın, 8,3 %-i Qrenlandiyanın payına düşüb.