Azərbaycan Belçikadan avtokran idxal etməyə başlayıb

Biznes
  • 01 noyabr, 2023
  • 13:30
Azərbaycan Belçikadan avtokran idxal etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,55 milyon ABŞ dolları dəyərində 34 ədəd avtokran idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 6 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 4,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14,2 % çoxdur) 31 ədəd (+24 %), Türkiyədən 128 min ABŞ dolları dəyərində 1 ədəd (2 il 4 aydan sonra tədarük bərpa edilib), Almaniyadan 105 min ABŞ dolları dəyərində (+5 %) 1 ədəd (dəyişməyib) və Belçikadan 100 min ABŞ dolları dəyərində 1 ədəd avtokran alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan tədarük həyata keçirilib.

44 filmi