Azərbaycan Belarusdan səməni alışını bərpa edib

Biznes
  • 29 avqust, 2022
  • 11:20
Azərbaycan Belarusdan səməni alışını bərpa edib

Bu ilin I yarısında Azərbaycana xaricdən 5,8 milyon ABŞ dolları dəyərində 9 min 159 ton səməni (qovrulmamış və qovrulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 3,9 % çoxdur.

Hesabat dövründə Rusiyadan 3,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 17,8 % artıb) 5 min 925 ton (-8 %), Almaniyadan 1,9 milyon ABŞ dolları dəyərində (+38 %) 2 min 325 ton (+26 %), Ukraynadan 287 min ABŞ dolları dəyərində 419 ton (bir il əvvəl tədarük olmayıb), Belarusdan 114,1 min ABŞ dolları dəyərində 246 ton, Slovakiyadan 102 min ABŞ dolları dəyərində (+24,4 %) 128 ton (+13,3 %) məhsul alınıb.

Bir il 4 aylıq fasilənin ardından Belarusdan tədarük bərpa edilib.

44 - Tezliklə