Azərbaycan Belarusdan qarabaşaq alışını bərpa edib

Biznes
  • 14 mart, 2025
  • 15:35
Azərbaycan Belarusdan qarabaşaq alışını bərpa edib

2024-cü ildə Azərbaycan 5,24 milyon ABŞ dolları dəyərində 13 625 ton qarabaşaq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 0,4 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 5,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % azdır) 13 557 ton (-0,6 %), Qazaxıstandan 24,83 min ABŞ dolları dəyərində (+13 %) 66,8 ton (+52 %), Litvadan 0,74 min ABŞ dolları dəyərində (+16 %) 0,15 ton (-6 %), Almaniyadan 0,60 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,12 ton (+2 dəfə) və Belarusdan 0,43 min ABŞ dolları dəyərində 0,45 ton məhsul alıb.

Azərbaycan 4 il 5 aylıq fasilənin ardından Belarusdan qarabaşaq tədarükünü bərpa edib.