Azərbaycan Belarusdan əlil arabalarının alışını bərpa edib

Biznes
  • 29 aprel, 2025
  • 11:27
Azərbaycan Belarusdan əlil arabalarının alışını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 1,58 milyon ABŞ dolları dəyərində 3 970 ədəd əlil arabası gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 28 % çoxdur.

Hesabat dövründə Azərbaycana Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 dəfə çoxdur) 1 766 ədəd (+44 dəfə), Çindən 421,27 min ABŞ dolları dəyərində (-39 %) 1 993 ədəd (-30 %), Belarusdan 132,56 min ABŞ dolları dəyərində 200 ədəd, Türkiyədən 3,44 min ABŞ dolları dəyərində (+40 %) 9 ədəd (+13 %) və Almaniyadan 0,25 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edilib.

Azərbaycan 4 il 2 aylıq fasilənin ardından Belarusdan əlil arabalarının tədarükünü bərpa edib.