Azərbaycan Belarusdan duz alışını 56 dəfə artırıb
- 18 iyun, 2025
- 17:45
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 683,3 min ABŞ dolları dəyərində 4 389 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 87 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 326 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 3 200 ton (+97 %), Türkiyədən 117,3 min ABŞ dolları dəyərində (+4 dəfə) 216 ton (+3 dəfə), Rusiyadan 104 min ABŞ dolları dəyərində (+27 %) 620 ton (+4 %), Belarusdan 57 min ABŞ dolları dəyərində (+37 dəfə) 200 ton (+56 dəfə), Pakistandan 43 min ABŞ dolları dəyərində 68 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 12 min 706 ton duzun 78 %-i İranın payına düşüb.