Azərbaycan Belarusa zeytun yağı ixracını bərpa edib

Biznes
  • 10 dekabr, 2024
  • 12:15
Azərbaycan Belarusa zeytun yağı ixracını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6,16 milyon ABŞ dolları dəyərində 918 ton zeytun yağı ixrac edib.

Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 78 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 3,14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 dəfə çoxdur) 424 ton (+25 dəfə), İspaniyaya 674 min ABŞ dolları dəyərində (-24 %) 110 ton (-29 %), İsrailə 600,6 min ABŞ dolları dəyərində 88 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 492 min ABŞ dolları dəyərində (-60 %) 98 ton (-60 %), Birləşmiş Ərəb Əmirliklərinə 487 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 88 ton (+2 dəfə) məhsul satıb.

Azərbaycan 2 ilin tamamında Belarusa (15,1 min ABŞ dolları dəyərində 3,66 ton) tədarükü bərpa edib.