Azərbaycan Belarusa suxarı ixracını kəskin artırıb
- 01 dekabr, 2023
- 13:49
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 880 min ABŞ dolları dəyərində 487 ton suxarı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu,ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 3 % azdır.
Azərbaycan Rusiyadan 338 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 175 ton (-25 %), Türkiyədən 273 min ABŞ dolları dəyərində (-11 %) 65,5 ton (-39 %), İrandan 184 min ABŞ dolları dəyərində (+2 dəfə) 218 ton (+93 %), Ukraynadan 59,3 min ABŞ dolları dəyərində (-37 %) 22,6 ton (-42 %), İtaliyadan 8,7 min ABŞ dolları dəyərində (+70 %) 1 ton (+31 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycan 311 min ABŞ dolları dəyərində (+30 %) 113,5 ton (+36 %) suxarı ixrac edib.
Azərbaycan Belarusa 142 min ABŞ dolları dəyərində (+6 dəfə) 55,4 ton (+6 dəfə), Moldovaya 71,9 min ABŞ dolları dəyərində (-8 %) 24,5 ton (-11 %), Qazaxıstana 63 min ABŞ dolları dəyərində (+5 %) 19,8 ton (-13 %), Gürcüstana 22,7 min ABŞ dolları dəyərində (-70 %) 11,1 ton (-54 %), Rusiyaya 11,2 min ABŞ dolları dəyərində 2,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (6 ölkəyə) ixrac edilmiş 380 min ABŞ dolları dəyərində suxarının 29,2 %-i Moldovanın, 28,2 %-i Belarusun, 22,4 %-i Gürcüstanın payına düşüb.