Azərbaycan Belarusa soğan satışını kəskin artırıb

Biznes
  • 25 avqust, 2025
  • 10:40
Azərbaycan Belarusa soğan satışını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 1,8 milyon ABŞ dolları dəyərində 4 486 ton soğan ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 56 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çox) 3 811 ton (+3,4 dəfə), Gürcüstana 91,2 min ABŞ dolları dəyərində (-92 %) 347,4 ton (-94 %), Belarusa 88,6 min ABŞ dolları dəyərində (+9 dəfə) 195,7 ton (+9 dəfə) və Ukraynaya 70,7 min ABŞ dolları dəyərində (-85 %) 131,55 ton (-92 %) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 21,44 min ton soğanın 74 %-i Gürcüstanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti