Azərbaycan Belarusa polietilen ixracını kəskin artırıb
- 25 iyun, 2024
- 09:44
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 46 milyon ABŞ dolları dəyərində 43 min 204 ton polietilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 20 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 32,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 28 min 730 ton (+35 %), Ukraynaya 4,8 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 5 min 181 ton (+5 dəfə), Belarusa 3,4 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 3 min 339 ton (+8 dəfə), Türkiyəyə 2,6 milyon ABŞ dolları dəyərində (-84 %) 2 min 870 ton (-85 %), Litvaya 842 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 840 ton (+2,5 dəfə) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 13 ölkəyə ixrac edilmiş 77,5 min ton polietilenin 52 %-i Rusiyanın payına düşüb.