Azərbaycan BƏƏ-yə mineral su satışını 35 dəfə artırıb
- 06 avqust, 2025
- 14:11
Bu ilin yanvar-may aylarında Azərbaycan 941 min ABŞ dolları dəyərində 146 min dekalitr mineral su ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 604,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çox) 95 min dekalitr (+2,6 dəfə), Amerika Birləşmiş Ştatlarına 176 min ABŞ dolları dəyərində (+29 %) 13,9 min dekalitr (+75 %), Türkiyəyə 108 min ABŞ dolları dəyərində (+6 dəfə) 27 min dekalitr (+4 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 18,2 min ABŞ dolları dəyərində (+35 dəfə) 1,41 min dekalitr (+35 dəfə), Qazaxıstana 11,4 min ABŞ dolları dəyərində (+7 dəfə) 1,2 min dekalitr (+9 dəfə) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 173 ton mineral suyun 53 %-i Rusiyanın payına düşüb.