Azərbaycan BƏƏ-yə dondurma ixrac etməyə başlayıb

Biznes
  • 28 fevral, 2024
  • 07:10
Azərbaycan BƏƏ-yə dondurma ixrac etməyə başlayıb

Ötən il Azərbaycan 515 min ABŞ dolları dəyərində 130,5 ton dondurma ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycandan İsrailə 325,12 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 80,44 ton (+2,2 dəfə), Türkmənistana 166 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 43 ton (+2,5 dəfə) və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 23,61 min ABŞ dolları dəyərində 6,98 ton dondurma göndərilib.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (İraqa, İsrailə, Türkmənistana və Gürcüstana) ixrac edilən 115 ton dondurmanın 41,7 %-i İraqın, 32,1 %-i İsrailin payına düşüb.