Azərbaycan BƏƏ-dən portağal idxalını bərpa edib

Biznes
  • 29 iyul, 2024
  • 07:27
Azərbaycan BƏƏ-dən portağal idxalını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 12 milyon ABŞ dolları dəyərində 16 min 974 ton portağal idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötəm ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 9,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59,3 % çoxdur) 13 min 714 ton (+59 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (-42 %) 1 min 559 ton (-41 %), Misirdən 1 milyon ABŞ dolları dəyərində (+66 %) 1 min 343 ton (+66 %), Kiprdən 249 min ABŞ dolları dəyərində 356 ton, İspaniyadan 2,2 min ABŞ dolları dəyərində (+1 %) 2,7 ton (+0,4 %) məhsul alıb.

Azərbaycan 10 il 3 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (0,1 min ABŞ dolları dəyərində 0,03 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 19,6 min ton portağalın 69,3 %-i İranın, 18,8 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti