Azərbaycan BƏƏ-dən keşyu fındığının alışını bərpa edib

Biznes
  • 18 mart, 2024
  • 06:35
Azərbaycan BƏƏ-dən keşyu fındığının alışını bərpa edib

2023-cü ildə Azərbaycan 2,2 milyon ABŞ dolları dəyərində 311 ton keşyu fındığı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 22 % çoxdur.

Hesabat dövründə Azərbaycana Vyetnamdan 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % çoxdur) 228 ton (+27 %), Hindistandan 601 min ABŞ dolları dəyərində (+3 %) 75 ton (+7 %), Braziliyadan 57 min ABŞ dolları dəyərində (+4 %) 6,4 ton (+12 %), Türkiyədən 12,8 min ABŞ dolları dəyərində (+5 dəfə) 1,1 ton (+4,6 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 1,5 min ABŞ dolları dəyərində 0,3 ton məhsul gətirilib.

Azərbaycan 5 ilin tamamında BƏƏ-dən keşyu fındığının tədarükünü bərpa edib.