Azərbaycan BƏƏ-dən heyvan yeminin alışını bərpa edib
- 05 avqust, 2025
- 15:36
Bu ilin yanvar-may aylarında Azərbaycan 37,4 milyon ABŞ dolları dəyərində 83 232 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10 % azdır, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Argentinadan 24,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % az) 48 183 ton (+2,4 %), Rusiyadan 10,6 milyon ABŞ dolları dəyərində (+21 %) 29 083 ton (+42 %), Ukraynadan 2,2 milyon ABŞ dolları dəyərində (-30 %) 4 890 ton (-16 %), Qazaxıstandan 1 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 5 135 ton (+12 dəfə), Türkiyədən 14,4 min ABŞ dolları dəyərində (+32 dəfə) 24 ton (+218 dəfə) yem alıb.
Azərbaycan 8 il 4 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) tədarükü (7,7 min ABŞ dolları dəyərində 2,2 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 183 min ton heyvan yeminin 59,4 %-i Argentinanın payına düşüb.