Azərbaycan BƏƏ-dən farfor qabların tədarükünü bərpa edib

Biznes
  • 12 avqust, 2023
  • 10:34
 Azərbaycan BƏƏ-dən farfor qabların tədarükünü bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 2,72 milyon ABŞ dolları dəyərində 517 ton farfordan yemək və mətbəx qabları gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 9 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29,4 % çoxdur) 316 ton (+53 %), Türkiyədən 660,42 min ABŞ dolları dəyərində (-26 %) 101,36 ton (-56,7 %), Almaniyadan 292 min ABŞ dolları dəyərində (-15 %) 6,1 ton (-12 %), Portuqaliyadan 118 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 3,44 ton (+4,3 dəfə), Polşadan 108 min ABŞ dolları dəyərində (-20 %) 23,2 ton (-11,6 %) məhsul alıb.

Azərbaycan 2 ilin tamamından Birləşmiş Ərəb Əmirliklərindən (17 min ABŞ dolları dəyərində 1,7 ton) farfor qabların tədarükünü bərpa edib

44 filmi