Azərbaycan BƏƏ-dən elektrikli velosiped tədarük etməyə başlayıb
- 29 mart, 2024
- 06:45
Ötən il Azərbaycan 1,7 milyon ABŞ dolları dəyərində 4 min 56 ədəd elektrik mühərrikli velosiped idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 30 % çoxdur, kəmiyyət olaraq – 14 % azdır.
Hesabat dövründə Azərbaycana Çindən 1,52 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 3 min 825 ədəd (-18 %), Türkiyədən 124,7 min ABŞ dolları dəyərində 222 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 27,96 min ABŞ dolları dəyərində (+8 dəfə) 4 ədəd (+2 dəfə), Yaponiyadan 0,68 min ABŞ dolları dəyərində (-47 %) 4 ədəd (-43 %) və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,26 min ABŞ dolları dəyərində 1 ədəd elektrikli velosiped alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-dən tədarük həyata keçirilib.