Azərbaycan Başqırdıstandan 14 ton hind quşu əti idxal edib

Azərbaycan Başqırdıstandan 14 ton hind quşu əti idxal edib Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Başqırdıstan üzrə İdarəsi, martın 3-də Azərbaycana ixrac edilən hind quşu ətindən hazırlanmış yarımfabrikat partiyasına nəzarət edib.
Biznes
4 Mart , 2022 15:19
Azərbaycan Başqırdıstandan 14 ton hind quşu əti idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Başqırdıstan üzrə İdarəsi, martın 3-də Azərbaycana ixrac edilən hind quşu ətindən hazırlanmış yarımfabrikat partiyasına nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, göndərilən məhsulların ümumi həcmi 13 982,4 kq təşkil edib. Qurum tədarükçü müəssisənin Azərbaycanın tələblərinə uyğunluğu üzrə baytarlıq-sanitariya ekspertizası aparıb. Yarımfabrikat nümunələri “Rosselxoznadzor”un tabeliyində olan laboratoriyada tam həcmdə laboratoriya müayinələrindən keçib və idxalçı ölkənin tələblərinə cavab verib. Məhsullara 5E formalı ixrac baytarlıq sertifikatı verilib.

Son xəbərlər

Orphus sistemi