Azərbaycan badam ixracını 2,9 min dəfə artırıb

Biznes
  • 19 may, 2022
  • 10:42
Azərbaycan badam ixracını 2,9 min dəfə artırıb

Bu ilin ilk üç ayında Azərbaycandan xaricə 188,92 min ABŞ dolları dəyərində 87,76 ton badam (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 609 dəfə, kəmiyyət olaraq – 2 925 dəfə artıb.

Özbəkistana 188,79 min ABŞ dolları dəyərində 87,7 ton, İraqa 0,05 min ABŞ dolları dəyərində 0,03 ton, Belçikaya 0,02 min ABŞ dolları dəyərində 0,01 ton, Rusiyaya 0,02 min ABŞ dolları dəyərində 0,01 ton, Qazaxıstana 0,04 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb. Bir il əvvəl bu ölkələrə tədarük olmayıb.

Hesabat dövründə Azərbaycan xaricdən 735,21 min ABŞ dolları dəyərində 123,1 ton badam (qabıqlı və qabığı təmizlənmiş) alıb ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 10 % və 0,3 % artıb.

Amerika Birləşmiş Ştatlarından (ABŞ) 619,25 min ABŞ dolları dəyərində 104,87 ton, İspaniyadan 48,72 min ABŞ dolları dəyərində 8,66 ton, Avstraliyadan 33,39 min ABŞ dolları dəyərində 5,13 ton, İrandan 11,82 min ABŞ dolları dəyərində 1,54 ton, Özbəkistandan 10,42 min ABŞ dolları dəyərində 1,49 ton məhsul idxal edilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə ABŞ-dan tədarük müvafiq olaraq 6,7 % artıb və 3,7 % azalıb, İspaniyadan – 5,8 % və 1,8 % azalıb, İrandan – 44,6 % və 42,8 % azalıb, Özbəkistandan – 3,4 % azalıb və 6,4 % artıb. Ötən ilin ilk üç ayında Azərbaycan Avstraliyadan badam almayıb.