Azərbaycan avtomobil idxalını 69 % artırıb

Azərbaycan avtomobil idxalını 69 % artırıb Bu ilin yanvar-iyun aylarında Azərbaycana 397,6 milyon ABŞ dolları dəyərində 39 643 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Biznes
17 İyul , 2021 10:13
Azərbaycan avtomobil idxalını 69 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 397,6 milyon ABŞ dolları dəyərində 39 643 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Azərbaycan Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 37,1 % və 69,3 % çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 21,05 % azalaraq 60 ədəd (4,9 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 67,6 % artaraq 36 741 ədəd (345,4 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 4 878-i (30 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 36-sı (1,25 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,4 dəfə artması, ikincinin isə 56,1 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 2,1 dəfə artaraq 2 794 ədəd (40,95 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 36 % azalaraq 48 ədəd (6,4 milyon ABŞ dolları dəyərində) olub.

Son xəbərlər

Orphus sistemi