Azərbaycan avtomobil idxalını 5 dəfədən çox azaldıb

Azərbaycan avtomobil idxalını 5 dəfədən çox azaldıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 4 820 avtomobil gətirilib
Biznes
15 Dekabr , 2016 14:13
Azərbaycan avtomobil idxalını 5 dəfədən çox azaldıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 4 820 avtomobil idxal olunub. 

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 827 ədəd yaxud 81,21% (5,32 dəfə) azdır.

Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 4 194-nü və yaxud 87,01%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 5,42 dəfə azalıb.

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 10,04 dəfə azalaraq 80, yük avtomobillərinin idxalı 4,04 dəfə azalaraq 463, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,74 dəfə azalaraq 83 ədəd olub.

Son xəbərlər

Orphus sistemi