Azərbaycan avtomobil idxalını 20 % artırıb

Azərbaycan avtomobil idxalını 20 % artırıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 576,2 milyon ABŞ dolları dəyərində 47 841 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Biznes
28 Dekabr , 2020 17:23
Azərbaycan avtomobil idxalını 20 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 576,2 milyon ABŞ dolları dəyərində 47 841 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 853 ədəd və yaxud 19,6 % çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 338 ədəd və yaxud 68,4 % azalaraq 156 ədəd (25,1 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 3 792 ədəd və yaxud 10,5 % artaraq 39 853 ədəd (484,8 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 4 486-sı (24,97 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 146-sı (8,22 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 58 ədəd və yaxud 1,8 % azalaraq 3 203 ədəd (49 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 35 ədəd və yaxud 20,3 % azalaraq 137 ədəd (17,3 milyon ABŞ dolları dəyərində) olub.

Son xəbərlər

Orphus sistemi