Azərbaycan avtomobil idxalını 13 % azaldıb

Azərbaycan avtomobil idxalını 13 % azaldıb Bu ilin yanvar-iyul aylarında Azərbaycana 541,65 milyon ABŞ dolları dəyərində 41 362 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Biznes
16 Avqust , 2022 17:49
Azərbaycan avtomobil idxalını 13 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 541,65 milyon ABŞ dolları dəyərində 41 362 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,1 % çox və 12,7 % azdır.

İlk 7 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 5,1 dəfə artaraq 329 ədəd (45,7 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 13,4 % azalaraq 38 140 ədəd (418,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 7 070-i (71,9 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 186-sı (5,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 20,3 %, ikincinin isə 4,2 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 15 % azalaraq 2 717 ədəd (55,4 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,75 dəfə artaraq 176 ədəd (21,8 milyon ABŞ dolları dəyərində) olub.

Son xəbərlər

Orphus sistemi