Azərbaycan Avstriyadan ketçup idxalını bərpa edib

Biznes
  • 02 aprel, 2024
  • 13:04
Azərbaycan Avstriyadan ketçup idxalını bərpa edib

2024-cü ilin yanvar ayında Azərbaycan 382 min ABŞ dolları dəyərində 256 ton ketçup idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 52 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 156,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 104,85 ton (+3,3 dəfə), Türkiyədən 63,5 min ABŞ dolları dəyərində (+2 dəfə) 49,5 ton (+2 dəfə), Almaniyadan 48,3 min ABŞ dolları dəyərində (-19 %) 20,1 ton (-20 %), Qazaxıstandan 35,6 min ABŞ dolları dəyərində (-3 %) 27,7 ton (-10 %), Portuqaliyadan 35,1 min ABŞ dolları dəyərində (+25 %) 20,4 ton (dəyişməyib) məhsul alıb.

Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Avstriyadan ketçup tədarükünü bərpa edib.

44 - Tezliklə