Azərbaycan Avstraliyaya mineral su ixrac etməyə başlayıb

Biznes
  • 09 yanvar, 2024
  • 11:00
Azərbaycan Avstraliyaya mineral su ixrac etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 4,5 milyon ABŞ dolları dəyərində 720 min dekalitr mineral su idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.

Azərbaycan Rusiyadan 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 258 min dekalitr (-8 %), Gürcüstandan 1,41 milyon ABŞ dolları dəyərində (+1,4 %) 307 min dekalitr (-6 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (+24 %) 117 min dekalitr (+11 %), Fransadan 182 min ABŞ dolları dəyərində (+49 %) 17,9 min dekalitr (+50 %), İtaliyadan 118 min ABŞ dolları dəyərində (-13 %) 7,61 min dekalitr (-27 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan 471 min ABŞ dolları dəyərində (+8 ) 110 min dekalitr (+24 %) mineral su ixrac edilib.

Azərbaycan Rusiyaya 311 min ABŞ dolları dəyərində (+24 %) 51 min dekalitr (+11 %), Türkiyəyə 38,34 min ABŞ dolları dəyərində (-17 %) 26,45 min dekalitr (+2 dəfə), İraqa 37,92 min ABŞ dolları dəyərində 7,93 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 18,52 min ABŞ dolları dəyərində (+73 %) 7,66 min dekalitr (+57 %), Avstraliyaya 13,74 min ABŞ dolları dəyərində 1,28 min dekalitr məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyaya tədarük həyata keçirilib.

44 filmi