Azərbaycan Avstraliyaya günəbaxan yağı tədarük etməyə başlayıb

Biznes
  • 01 mart, 2024
  • 12:26
Azərbaycan Avstraliyaya günəbaxan yağı tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycan 3,4 milyon ABŞ dolları dəyərində 2 min 380 ton günəbaxan yağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 47 % azdır.

Hesabat dövründə Azərbaycan İraqa 2,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % çoxdur) 1 min 650 ton (-37 %), Gürcüstana 965 min ABŞ dolları dəyərində (-74 %) 721 ton (-59 %), Qırğızıstana 8,6 min ABŞ dolları dəyərində 6,4 ton(bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına 3,4 min ABŞ dolları dəyərində (-36 %) 2,4 ton (-16 %), Kanadaya 1,7 min ABŞ dolları dəyərində (-12 %) 0,87 ton (dəyişməyib) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyaya (1,4 min ABŞ dolları dəyərində 1,2 ton) tədarük həyata keçirilib.