Azərbaycan Avstraliyadan qəhvə tədarükünü bərpa edib
- 12 dekabr, 2024
- 07:03
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 4,5 milyon ABŞ dolları dəyərində 446 ton qəhvə idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 27 % çoxdur.
Hesabat dövründə Azərbaycan İtaliyadan 1,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 103 ton (+26 %), Braziliyadan 640 min ABŞ dolları dəyərində (+10 %) 104 ton (-6 %), Türkiyədən 572 min ABŞ dolları dəyərində (+15 %) 53,5 ton (-2 %), Böyük Britaniyadan 260 min ABŞ dolları dəyərində (+5 dəfə) 15,82 ton (+5,3 dəfə), Niderlanddan 224 min ABŞ dolları dəyərində (+2,3 %) 18 ton (+4,8 %) məhsul alıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Avstraliyadan (201 min ABŞ dolları dəyərində 14,7 ton) qəhvə tədarükünü bərpa edib.