Azərbaycan Avstraliyadan papiros kağızı idxalını bərpa edib
- 22 yanvar, 2025
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 9,9 milyon ABŞ dolları dəyərində 842 ton papiros kağızı idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,5 % çox, kəmiyyət olaraq – 6 % azdır.
Hesabat dövründə Azərbaycan Avstriyadan 6,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 454 ton (+5,6 %), Fransadan 925 min ABŞ dolları dəyərində (-12 %) 81,5 ton (-7 %), Almaniyadan 891 min ABŞ dolları dəyərində (+3 %) 82 ton (-29 %), Bolqarıstandan 586 min ABŞ dolları dəyərində (-45 %) 57 ton (-49 %), İspaniyadan 418 min ABŞ dolları dəyərində (-0,5 %) 57,5 ton (+45 %) məhsul alıb.
Azərbaycan 4 il 7 aylıq fasilənin ardından Avstraliyadan tədarükü (169 min ABŞ dolları dəyərində 10,5 ton) bərpa edib.