Azərbaycan Avstraliyadan gül tədarükünü bərpa edib

Biznes
  • 09 yanvar, 2025
  • 06:27
Azərbaycan Avstraliyadan gül tədarükünü bərpa edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyon ABŞ dolları dəyərində 9,6 milyon ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus və digər) idxal edib.

Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Evkadordan 7,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 58 % çox) 5 milyon 110 min ədəd (+56 %), Kolumbiyadan 997 min ABŞ dolları dəyərində (+42 %) 781 min ədəd (+80 %), Niderlanddan 962 min ABŞ dolları dəyərində (+19 %) 708 min ədəd (+42 %), Keniyadan 684 min ABŞ dolları dəyərində (+13 %) 617 min ədəd (+37 %), İrandan 217 min ABŞ dolları dəyərində (-3 %) 224 min ədəd (+28 %) gül alıb.

Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Avstraliyadan (4,35 min ABŞ dolları dəyərində 0,4 min ədəd) gül tədarükünü bərpa edib.