Azərbaycan Avstraliyadan avtomobil radiatorlarının alışını bərpa edib

Biznes
  • 18 sentyabr, 2023
  • 14:33
Azərbaycan Avstraliyadan avtomobil radiatorlarının alışını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 3,77 milyon ABŞ dolları dəyərində 488 ton avtomobillər uçun radiator idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 31 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çoxdur) 272 ton (+50 %), Türkiyədən 350 min ABŞ dolları dəyərində (+26 %) 33 ton (+32 %), Almaniyadan 284 min ABŞ dolları dəyərində (+24 %) 52 ton (+6,1 %), Rusiyadan 265 min ABŞ dolları dəyərində (-25 %) 53 ton (+18 %), Koreyadan 191 min ABŞ dolları dəyərində (-6 %) 19 ton (-10 %) məhsul alıb.

Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Avstraliyadan (0,53 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.